Sabiq nazir barəsindəki ittihamlara münasibət bildirdi

Sabiq nazir barəsindəki ittihamlara münasibət bildirdi “Məhkəmə iclaslarında baş mühasibin keçmiş Ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirməməklə yanaşı, diqqəti yayındırmaq, ittiham aktında təqdim olunan faktlar ətrafında spekuliyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil”.
Hadisə
10 Mart , 2020 18:24
Sabiq nazir barəsindəki ittihamlara münasibət bildirdi

“Məhkəmə iclaslarında baş mühasibin keçmiş Ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirməməklə yanaşı, diqqəti yayındırmaq, ittiham aktında təqdim olunan faktlar ətrafında spekuliyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil”.

“Report” xəbər verir ki, bunu sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun təmsilçisi Anar Rzаyev bildirib.

O xatırladıb ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Təqsirləndirilən şəxslərdən biri Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib.

“Məhkəmədə verilən açıqlamalarda ən bəsit ziddiyətlər açıq-aydın görünür. 2018-ci ilin oktyabr-noyabr aylarında həyata keçirdikləri “əməliyyatları” H.Bağırovun adı ilə əlaqələndirmək ən sadə məntiqlə də gülünc görünür. Külli miqdarda mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər H.Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər.

Birmənalı şəkildə bildiririk ki, məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir və deyilənləri qətiyyətlə rədd edirik. Görünür, təqsirləndirilənlər və onları təmsil edən şəxslər inanırlar ki, ağlasığmaz iftiralardan, cəfəngiyyatlardan ibarət bəyanatlar məsuliyyətdən yayınmaqda onlara kömək edəcək”, - açıqlamada deyilir.

Qeyd edək ki, sözügedən məhkəmə prosesində təqsirləndirilən İlqar Hacıyev H.Bağırov barəsində ittihamlar səsləndirib. 

Son xəbərlər

Orphus sistemi