Yuxarı
    Bağlamaq

    ​İlhamə Quliyevanın sabiq köməkçisinin həbs müddəti uzadılıb

    Prosesə hakim Aytən Əliyeva sədrlik edib

    Bakı. 13 fevral. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. O bildirib ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə M.Hüseynovanın həbs müddəti üç ay artırılıb.

    Vəkil məhkəmədə iki vəsatətlə çıxış edib. Bunlar həbs-qətimkan tədbirinin uzadılmasına etiraz və M.Hüseynova barəsində çıxarılan həbsin ev dustaqlığı ilə əvəz edilməsi olub. Vəsatətlər təmin olunmayıb.

    Qeyd edək ki, M.Hüseynova barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi