Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluqda təqsirləndirilənin məhkəmə istintaqı başa çatıb

Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluqda təqsirləndirilənin məhkəmə istintaqı başa çatıb Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
16 Oktyabr , 2019 15:46
Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluqda təqsirləndirilənin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda sənədlərin tədqiqi davam etdirilib və Xəyyam Balayevlə zərərçəkmiş Yalçın Abdullayev arasında olan danışığın səs yazısı dinlənilib. Səs yazısında X.Balayev Yalçın Abdullayevdən pul aldığını etiraf edir.

X.Balayevin vəkili isə səs yazısında müdafiə etdiyi şəxsin stress və qorxu içində olduğunu deyib. Prokuror və Yalçın Abdullayevin vəkili bu fikirlərin əsassız olduğunu bildiriblər.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 25-də davam edəcək.

Xəyyam Balayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

O, Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev Y.Abdullayevin etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmamaqda ittiham edilir.

Xəyyam Balayev Yalçın Abdullayevdən pul aldığını təsdiqləsə də, bildirib ki, biznes məqsədilə aldığı məbləği qazancı ilə birlikdə geri qaytarıb.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Qeyd edək ki, məhkəmə prosesi başlayan zaman Xəyyam Balayev ev dustaqlığında idi. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilərək həbs-qətimkan tədbiri ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi