Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib

Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, AXCP üzvü Saleh Rüstəmov əfv edilib.
Hadisə
27 May , 2022 19:03
Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, AXCP üzvü Saleh Rüstəmov əfv edilib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamında onun da adı var.

Qeyd edək ki, S.Rüstəmov 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Son xəbərlər

Orphus sistemi