Yuxarı

Sabiq icra başçısı apellyasiya şikayəti verib

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq

Bakı. 6 iyun. REPORT.AZ/ Rəsmi sənədləri qanunsuz hazırlamada və dələduzluqda təqsirləndirilən Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Şıxməmməd oğlu Alışov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 9-na təyin edilib.

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

Bu il aprel ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib.

Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi