​Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib

​Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min manatın ödətdirilməsi təmin olunub
Hadisə
138
17 Fevral , 2015 14:40
​Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib

Bakı. 17 fevral. REPORT.AZ/ “Ulu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaq zamanı şirkətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin işlərin görülməsini subpodraçılara həvalə etməklə görülmüş işlərin müqabilində birliyin “Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min manatın ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi