Sabiq bankirin məhkəməsi baş tutmayıb

Sabiq bankirin məhkəməsi baş tutmayıb Bakı Ağır Cinayətlər Məhkəməsində “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam edir.
Hadisə
5 Noyabr , 2019 12:20
Sabiq bankirin məhkəməsi baş tutmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam edir.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi növbəti proses baş tutmayıb.

Bildirilib ki, E.Zeynalovun səhhətində problem olduğuna görə məhkəməyə gətirilməyib. Bu səbəbdən proses noyabrın 13-dək təxirə salınıb.

Qeyd edək ki, E.Zeynalov Cinayət Məcəlləsinin 178.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların da olduğu bildirilir.

Mediada Emin Zeynalovun "Günay Bank"dan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb.

Emin Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

Son xəbərlər

Orphus sistemi