Saatlıda 83 sahibkara külli miqdarda ziyan dəyib - FOTO - YENİLƏNİB

Saatlıda 83 sahibkara külli miqdarda ziyan dəyib - FOTO - YENİLƏNİB Yanğın 3200 kv.m sahəni əhatə edib.
Hadisə
18 Oktyabr , 2015 16:42
Saatlıda 83 sahibkara külli miqdarda ziyan dəyib - FOTO - YENİLƏNİB

Bakı. 18 oktyabr. REPORT. AZ / Saatlıda yanan ticarət mərkəzində 83 sahibkara külli miqdarda ziyan dəyib. 

"Report" xəbər verir ki, gecə saatlarında yanan ticarət mərkəzi FHN-nin Saatlı, İmişli və Sabirabad yanğından mühafizə hissələrinin yanğınsöndürənləri tərəfindən söndürülüb. 11604 kvadratmetr sahəsi olan ticarət mərkəzinin 3200 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. 

Yanğın zamanı kimsə xəsarət almasa da 83 sahibkara külli miqdarda ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

*** 10.36

Bakı. 18 oktyabr. REPORT.AZ/ Saatlı şəhərinin mərkəzi bazarında yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 11694 kv.m olan bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 08:00-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Son xəbərlər

Orphus sistemi