Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaralar kənd ərazisində qeydə alınıb.
Belə ki, "Şaqman" markalı yük maşını ilə minik avtomobili toqquşub. Qəza nəticəsində Ağcabədi sakini, 1999-cu il təvəllüdlü Rzayev Elgün Etibar oğlu və Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Məhərrəmli Zamiq Rövşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.