Saatlıda yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Saatlıda yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB Hadisə zamanı yük maşını ilə minik avtomobili toqquşub
Hadisə
165
23 Mart , 2018 19:56
Saatlıda yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
Report

Saatlı. 23 mart. REPORT.AZ/ Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, "Shacman” markalı yük maşını ilə "Mercedes"in toqquşması nəticəsində İmişli şəhərində müvəqqəti məskunlaşan, Füzuli sakini, 1987-ci il təvəllüdlü Məmmədov Əli Təşkilat oğlu, İmişli şəhər sakini, 1982-ci il təvəllüdlü  Peyman Qərib oğlu İsgəndərov dünyasını dəyişib.

Qəza nəticəsində həmçinin 1970-ci il təvəllüdlü İmişli rayon sakini Rəfiyev Rəşad Çingiz oğlu və 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlu müxtəlif dərəcli xəsarətlər alıb.


***19:21

Saatlı. 23 mart. REPORT.AZ/ Saatlı rayonunda ölümlə nəticələnən ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

Belə ki,“Shacman” markalı yük maşını ilə "Mercedes"in toqquşması nəticəsində 2 nəfərin öldüyü, daha 2 nəfərin isə yaralandığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi