Saatlıda yol qəzasında 11 aylıq körpə öldü

Saatlıda yol qəzasında 11 aylıq körpə öldü Saatlı rayonunda 11 aylıq körpənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Mart , 2020 18:10
Saatlıda yol qəzasında 11 aylıq körpə öldü

Saatlı rayonunda 11 aylıq körpənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini Ceyhun Şəmmədovun idarə etdiyi “Juqili” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə anasının qucağında olan 11 aylıq Uğur Şəmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi