Yuxarı

Saatlıda yol qəzası oldu, xəsarət alan var

​Saatlıda yol qəzası oldu, xəsarət alan var

Saatlı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeynalov Seymur Hakim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə rayonun mərkəzi xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyətinin pis olduğu nəzərə alınaraq, paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. S.Zeynalova sağ dirsək sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi