​Saatlıda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb

​Saatlıda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
163
27 May , 2016 19:53
​Saatlıda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb

Saatlı. 27 may. REPORT.AZ/ Saatlı rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Saatlı şəhərində, “Həyat” şadlıq sarayının yaxınlığında qeydə alınıb. 

Belə ki, rayon sakini, 38 yaşlı Kainat Xanlar oğlu Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən Tovuz rayon sakini, 37 yaşlı Şahnigar Xanoğlan oğlu Abdullayevin idarə etdiyi “Shacman” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı “Jiquli”nin sürücüsü ağır yaralanıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi