Saatlıda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb
Hadisə
- 27 may, 2016
- 15:53
Saatlı. 27 may. REPORT.AZ/ Saatlı rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Saatlı şəhərində, “Həyat” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Belə ki, rayon sakini, 38 yaşlı Kainat Xanlar oğlu Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən Tovuz rayon sakini, 37 yaşlı Şahnigar Xanoğlan oğlu Abdullayevin idarə etdiyi “Shacman” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı “Jiquli”nin sürücüsü ağır yaralanıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08