Saatlıda yanğın zamanı mal-qara tələf olub

Saatlıda yanğın zamanı mal-qara tələf olub Yanğın vətəndaşa məxsus tövlənin çardağında baş verib
Hadisə
10 İyun , 2017 03:59
Saatlıda yanğın zamanı mal-qara tələf olub

Bakı. 10 iyun. REPORT.AZ/ Saatlı şəhərində vətəndaşa məxsus tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi