Yuxarı

Saatlıda velosiped sürərkən avtomobillə vurulan şəxs ölüb

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 21 may. REPORT.AZ/ Saatlı rayonunda velosiped sürərkən avtomobillə vurulan şəxs ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub. Xəstəxanaya yerləşdirilən Y.Kazımov mayın 20-də orada ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi