Saatlıda "VAZ-21011" traktorla toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Saatlıda "VAZ-21011" traktorla toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Saatlı rayonunun Qaranuru kəndi ərizində baş verən ağır yol-nqəliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
10 Noyabr , 2019 00:33
Saatlıda VAZ-21011 traktorla toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Saatlı rayonunun Qaranuru kəndi ərizində baş verən ağır yol-nqəliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, həmin kənd sakini, 1990-cı il təvəllüdlü Bağırov Nemət Mübariz oğlu idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi, 1984-cü il təvəllüdlü Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücü xəsarət alıb. Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 23:11

Saatlı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Qaranuru kəndində baş verib. Hadisə zamanı bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi