Saatlıda qətl törədən şəxs: "Qayınanama 7, arvadıma 3 bıçaq zərbəsi vurdum"

Saatlıda qətl törədən şəxs: "Qayınanama 7, arvadıma 3 bıçaq zərbəsi vurdum" Bakı. 26 sentyabr. REPORT.AZ/ İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, ekspertlər Rövşən Məmmədov və Qartal Hüseynov Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcabədi rayon Polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.
Hadisə
26 Sentyabr , 2018 17:45
Saatlıda qətl törədən şəxs: Qayınanama 7, arvadıma 3 bıçaq zərbəsi vurdum
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, ekspertlər Rövşən Məmmədov və Qartal Hüseynov Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcabədi rayon Polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Komitə sədri T.Hüseynov “Report”a bildirib ki, monitorinq zamanı saxlanılan şəxslər onlara qarşı rəftardan şikayət etməyib.

Hüquq müdafiəçiləri Saatlı rayon Polis şöbəsində qayınanasını öldürüb, arvadını yaralayan Xəyal Həşimovla da görüşüb: “Təqsirləndirilən şəxs saxlanma şəraitindən heç bir şikayət etmədi. O, hadisəni namus üstündə törətdiyini, peşman olmadığını bildirib. Xəyal Həşimov qayınanasına yeddi, arvadına isə üç bıçaq zərbəsi endirdiyini etiraf etdi”.

Son xəbərlər

Orphus sistemi