Saatlıda mal-qara oğruları saxlanılıblar

Saatlıda mal-qara oğruları saxlanılıblar Saatlı. 18 fevral. REPORT.AZ/ Saatlı rayonunda mal-qara oğruları saxlanılıblar.
Hadisə
18 Fevral , 2019 10:22
Saatlıda mal-qara oğruları saxlanılıblar

Saatlı. 18 fevral. REPORT.AZ/ Saatlı rayonunda mal-qara oğruları saxlanılıblar.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan məlumat verilib.

Belə ki, Saatlı rayonu Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin SarıyevSahil Abbasov saxlanılıblar.

Dindirilmə zamanı saxlanılan hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan mal-qara sahibinə təhvil verilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi