Saatlıda koronavirus xəstəsi saxlanıldı

Saatlıda koronavirus xəstəsi saxlanıldı Onunla izahedici söhbətlər aparılıb
Hadisə
7 Aprel , 2021 16:44
Saatlıda koronavirus xəstəsi saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini Rəhim Rzayev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi