Saatlıda keçmiş məhkumdan iki tapança götürülüb

Saatlıda keçmiş məhkumdan iki tapança götürülüb Bakı. 22 may. REPORT.AZ/ Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub.
Hadisə
22 May , 2018 10:55
Saatlıda keçmiş məhkumdan iki tapança götürülüb
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədi ilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi