Saatlıda kartof sahəsində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb - FOTO

Saatlıda kartof sahəsində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb - FOTO Rayon sakinindən 564 qram qurudulmuş marixuana götürülüb
Hadisə
28 Sentyabr , 2016 06:55
Saatlıda kartof sahəsində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb - FOTO

Saatlı. 28 sentyabr. REPORT.AZ/ Saatlı rayonunda polis tərəfindən həyata keçirilən əməliyyat zamanı küllü miqdarda qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb.

Saatlı rayon polis əməkdaşlarının adıçəkilən kənddə apardıqları əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan Məhəddin Abasqulu oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilən zaman oradan ümumi çəkisi 564 qram olan 29 bükümdə qurudulmuş marixuana aşkar edilib.

Məlum olub ki, Məhəddin Həsənov narkotik vasitəni bu ilin may ayında elə öz həyətindəki kartof bitkilərinin arasında əkərək becərib. Həmin narkotik tərkibli bitkilərdən isə qurudulmuş marixuana əldə edib.

Saxlanılan şəxs əməllərini etiraf edib.

Hazırda faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Məhəddin Həsənov əvvələr də narkotik vasitə əkib-becərməyə görə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi