Saatlıda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Saatlıda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb Qəza Qaracalar kəndi ərazisində baş verib
Hadisə
26 İyun , 2016 19:37
Saatlıda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Saatlı. 26 iyun. REPORT.AZ/ Bu gün günorta saatlarında Saatlının Qaracalar kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə 24 yaşlı Füzuli rayon sakini Həsən Oruc oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin İmişlinin Çaxırlı kənd sakini, 32 yaşlı Ramin Şükür oğlu Abbasovun idarə etdiyi “Mercedes”lə toqquşması nəticəsində qeydə alınıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan hər iki sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi