Saatlıda evdən oğurluq olub

Saatlıda evdən oğurluq olub Saatlıda oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
11 May , 2020 10:35
Saatlıda evdən oğurluq olub

Saatlıda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, Saatlı rayon sakini E. Mürsəlov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək qardaşına məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri Ə.Həsənov və T.Əsədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər 1 ədəd televizor və 1 ədəd motorlu otbiçən oğurlamaqla zərərçəkmişə 1 450 manat dəyərində ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi