Saatlı rayonunda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 17-də Qırağlı kəndindəki evlərin birindən 4 800 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, İmişli rayon sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar.