Saatlıda baş vermiş qəzada bir ailənin azyaşlı övladı ölüb, daha 3 üzvü yaralanıb

Saatlıda baş vermiş qəzada bir ailənin azyaşlı övladı ölüb, daha 3 üzvü yaralanıb Hadisə zamanı avtomobilin sürücüsü, onun qızı və ailənin biri azyaşlı olmaqla, daha iki üzvü müxtəlif dərəcəli bədən xəsarətlər alıblar
Hadisə
14 İyul , 2017 21:55
Saatlıda baş vermiş qəzada bir ailənin azyaşlı övladı ölüb, daha 3 üzvü yaralanıb

Saatlı. 14 iyul. REPORT.AZ/ Saatlı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır vyol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Soltanabad kənd sakini, 51 yaşlıl Əli Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. 

Hadisə zamanı avtomobildə olan 3 yaşlı Fatma Əli qızı Ağayeva hadisə yerindəcə ölüb. Habelə avtomobilin sürücüsü, onun qızı, eləcə də ailənin biri azyaşlı olmaqla, daha iki üzvü müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. 

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi