Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var

Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 İyun , 2021 22:59
Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var
0 : 00
0 : 00

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun əldə etdiyi məlumata görə hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə içərisində dörd sərnişin olan minik avtomobili yaxınlıqdakı su kanalına düşüb. Ətrafdakı adamların köməkliyi ilə sərnişinlər avtomobildən çıxarılıb.

Hadisə zamanı avtomobildə olan İmişli rayonunun Otuziki kənd sakini, 1981-ci il təvəllüdlü Abbasov Haldun Bilal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı İmişi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi