Saatlıda avtomobil at arabasını vurub, xəsarət alan var

Saatlıda avtomobil at arabasını vurub, xəsarət alan var Saatlı. 5 may. REPORT.AZ/ Saatlı rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 May , 2018 21:54
Saatlıda avtomobil at arabasını vurub, xəsarət alan var

Saatlı. 5 may. REPORT.AZ/ Saatlı rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, Sarıcalar kəndində qeydə alınıb.

Belə ki, tikinti sahəsində fəhlə işləyən Ağcabədi rayonunun Poladlı kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Bəhruz Asif oğlu mağazadan çörək almaq üçün at arabası ilə gedərkən naməlum avtomobil arabanı vurub. Nəticədə B. Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi