Saatlıda 82 yaşlı kişi intihar edib - YENİLƏNİB

Saatlıda 82 yaşlı kişi intihar edib - YENİLƏNİB Saatlı rayonunda intihar edən qoca kişinin şəxsiyyəti məlum olub.
Hadisə
2 İyun , 2019 09:22
Saatlıda 82 yaşlı kişi intihar edib - YENİLƏNİB

Saatlı rayonunda intihar edən qoca kişinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qaralar kənd sakini, 1937-ci il təvəllüdlü Əhədov Əbdülhəsən Abduləli oğlu həyətdəki tövlədən özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 08:13

Saatlıda qoca kişi özünü asaraq intihar edib

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi