Saatlıda 4 nəfərə qarşı 8700 manatlıq dələduzluq edilib

Saatlıda 4 nəfərə qarşı 8700 manatlıq dələduzluq edilib Dələduzluq etdiyinə görə tutulan şəxsin başqa cinayət törətdiyi də məlum olub.
Hadisə
21 Oktyabr , 2019 12:07
Saatlıda 4 nəfərə qarşı 8700 manatlıq dələduzluq edilib

Dələduzluq etdiyinə görə tutulan şəxsin başqa cinayət törətdiyi də məlum olub.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, saxlanılan N.Ağayevin ətrafında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2018-ci ilin avqust ayından cari ilin mart ayınadək olan müddətdə Saatlı rayon sakinləri olan daha 4 nəfəri aldadıb onlardan, ümumilikdə, 8700 manat alması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi