​Saatlıda 31 yaşlı kişi yaba ilə vurulub

​Saatlıda 31 yaşlı kişi yaba ilə vurulub Hadisə qonşular arasında münaqişə zəminində baş verib
Hadisə
30 İyun , 2016 22:50
​Saatlıda 31 yaşlı kişi yaba ilə vurulub

Saatlı. 30 iyun. REPORT.AZ/ Bu gün axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində yabalanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, 31 yaşlı yerli sakin Azər Sahib oğlu Abbasov baş verən münaqişə zamanı qonşuları tərəfindən yaba ilə vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Azər Abbasov "təcili yardım" maşını ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi