Saatlıda gənc oğlanı ilan sancıb

Saatlıda gənc oğlanı ilan sancıb Hadisə o, həyətyanı sahədə iş görən zaman baş verib
Hadisə
3 Sentyabr , 2017 22:52
Saatlıda gənc oğlanı ilan sancıb

Saatlı. 3 sentyabr. REPORT.AZ/ Saatlıda ilansancma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Dəlilər kəndində qeydə alınb.

Kənd sakini, 29 yaşlı Murad Abasəli oğlu Nəsirov həyətyanı sahədə iş görərkən onu ilan sancıb. Zərərçəkən dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tədbirlər görülüb. Zərərçəkmiş vəziyyətinin orta- ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi