Saatlı və Hacıqabul sakinlərində silah aşkarlandı

Saatlı və Hacıqabul sakinlərində silah aşkarlandı Saatlı və Hacıqabul rayon sakinlərindən silah götürülüb
Hadisə
15 Aprel , 2021 12:24
Saatlı və Hacıqabul sakinlərində silah aşkarlandı

Saatlı və Hacıqabul rayon sakinlərindən silah götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəylik kənd sakini A.Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-58” və “İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Eyni zamanda Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş B.Haqverdiyevdən müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi