Saatlı. 10 iyun. REPORT.AZ/ Saatlı polisi narkotik xassəli çətənə kolları aşkarlayıb.
“Report”un Aran bürosunun verdiyi xəbərə görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Mikayıl Müşfiq küçəsi, ev 6 ünvanında yaşayan Tarıverdi Ağaverdi oğlu Nəcəfov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman yarımtikilinin döşəməsinin altında aqrotexniki qaydada becərilmiş 8 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.