Saatlı sakinindən narkotik və tüfəng götürüldü

Saatlı sakinindən narkotik və tüfəng götürüldü Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda və narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
541
24 Noyabr , 2020 12:30
Saatlı sakinindən narkotik və tüfəng götürüldü
0 : 00
0 : 00

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda və narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılaraq RPŞ-nə gətirilib.

Şəxsi axtarış zamanı onun əlindəki torbadan 40 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış 200 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib, baxış zamanı mənzilindən 1 ədəd qoşalüləli “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi