Saatlı sakinində "patı" aşkarlanıb

Saatlı sakinində "patı" aşkarlanıb Saatlı sakinində "patı" aşkarlanıb
Hadisə
30 İyul , 2021 19:39
Saatlı sakinində patı aşkarlanıb

Saatlı sakinində "patı" aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 34 yaşlı Rəşad Rzayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi