Saatlı sakinində odlu silah aşkarlandı

Saatlı sakinində odlu silah aşkarlandı Onun barəsində protokol tərtib olunub
Hadisə
7 Aprel , 2021 16:52
Saatlı sakinində odlu silah aşkarlandı

Saatlı rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi