Saatlı sakinində narkotik aşkarlandı

Saatlı sakinində narkotik aşkarlandı Saatlı sakinindən qurudulmuş marixuana götürülüb.
Hadisə
1243
12 Yanvar , 2021 15:25
Saatlı sakinində narkotik aşkarlandı

Saatlı rayon sakinindən qurudulmuş marixuana götürülüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz olaraq əldə edib daşınmasında şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxil olan məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən rayonun Mollavazili kənd sakini Xalid Fərəcov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindəki kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixauana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə X.Fərəcovun kənd ərazisindəki çöl sahədə polietilen torbada gizlətdiyi 365 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi