Saatlı polisi əməliyyat keçirib, saxlanılan var

Saatlı polisi əməliyyat keçirib, saxlanılan var Saatlı rayon sakinində narkotik aşkarlanılıb.
Hadisə
484
10 İyun , 2021 12:59
Saatlı polisi əməliyyat keçirib, saxlanılan var

Saatlı rayon sakinində narkotik aşkarlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 3 qrama yaxın metamfetamin, 80 qram marixuana və şəhər ərazisində gizlətdiyi 4 kiloqrama yaxın marixuana götürülüb.

Son xəbərlər

Orphus sistemi