Rüşvət almaqda ittiham edilən bağça müdirinin məhkəməsi başlayıb

Rüşvət almaqda ittiham edilən bağça müdirinin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən bağça müdiri Şəfiqə Musazadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
28 Oktyabr , 2019 13:22
Rüşvət almaqda ittiham edilən bağça müdirinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən bağça müdiri Şəfiqə Musazadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

Ötən il isə Ş.Musazadə özəl bağça açıb. O, bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.

Lakin bağça aylarla fəaliyyət göstərsə də, cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi