Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala sakinlərini qəbul edəcək

Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala sakinlərini qəbul edəcək Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il sentyabrın 13-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.
Hadisə
10 Sentyabr , 2019 10:07
Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala sakinlərini qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il sentyabrın 13-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Orphus sistemi