Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiyda axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Fəxrəddin Köçəriyev tutulub.
Faktla bağlı araşdırmalar aparılır.