Rusiyaya gedən Azərbaycan vətəndaşında 1,15 mln. rubl aşkarlanıb

Rusiyaya gedən Azərbaycan vətəndaşında 1,15 mln. rubl aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Yanvar , 2017 13:36
Rusiyaya gedən Azərbaycan vətəndaşında 1,15 mln. rubl aşkarlanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1,15 mln. Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi