Yuxarı
    Bağlamaq

    ​Rusiyaya 19 ton çay aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

    19 ton çay Qazaxıstan ərazisinə qaytarılıb

    Bakı. 25 mart. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayəti ilə Qazaxıstan sərhədində saxta sənədlərlə 19 ton çay aşkar olunub.

    "Report" xəbər verir ki, DAF markalı yük maşınının sürücüsü Azərbaycan vətəndaşı olub.

    Maşın "Karauzek" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Lazımi sənədlər yoxlanıldıqdan sonra 19 ton çay Qazaxıstan ərazisinə qaytarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi