Rusiyalı biznesmen Belçika "Anderlext"inin səhmlərə nəzarət paketini almaq istəyir

Rusiyalı biznesmen Belçika "Anderlext"inin səhmlərə nəzarət paketini almaq istəyir Alişer Usmanov artıq İngiltərə "Arsenal"ının səhmlərinin 30 faizinin sahibidir
Futbol
18 Noyabr , 2017 14:02
Rusiyalı biznesmen Belçika Anderlextinin səhmlərə nəzarət paketini almaq istəyir

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyalı biznesmen Alişer Usmanov Belçika "Anderlext"inin səhmlərə nəzarət paketini almaq istəyir. 

"Report"un "Het Laatste Nieuws" nəşrinə istinadən verdiyi məlumata görə, hazırda varlı səhmdarın tapılması və müqavilə ilə bağlı işlərin mümkün qədər tez tamamlanması istiqamətində işlər görülür.

"Anderlext" 80 milyon avro məbləğində iki təklif alıb. Onlardan birini Usmanov veribsə, digəri isə belçikalı biznesmenlərdən ibarət Pol Geyzens - Vouter Vanderhaut duetindən gəlib. Lakin bu cütlük Belçikanın digər təmsilçisi "Antverpen"dəki səhmlərini satmalıdır. Çünki ölkədə bir liqanın iki klubunun səhmlərinə əhəmiyyətli dərəcədə sahib olmağa qadağa qoyulub. Hər üç potensial səhmdar klubun hazırkı prezidenti Rocer vanden Stoka yaxın illərdə də vəzifəsində qalmağı və "Anderlext"in səhmlərinin isə 1/4-ini özündə saxlamaqla klub idarəçiliyində iştirak etmək təklifini ünvanlayıblar.

Qeyd edək ki, Alişer Usmanov artıq İngiltərə "Arsenal"ının səhmlərinin 30 faizinin sahibidir. 

Son xəbərlər

Orphus sistemi