Rusiyadan külli miqdarda pul çıxartmaq istəyən azərbaycanlı saxlanılıb

Rusiyadan külli miqdarda pul çıxartmaq istəyən azərbaycanlı saxlanılıb O, müntəzəm reys ilə Bakıya uçmaq istəyib
Hadisə
19 Sentyabr , 2017 00:23
Rusiyadan külli miqdarda pul çıxartmaq istəyən azərbaycanlı saxlanılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyadan qanunsuz olaraq küllü miqdarda pul çıxartmaq istəyən azərbaycanlı tutulub.

"Report" xəbər verir ki, o, Xantı-Mansiysk gömrük xidmətinin əməkdaşları tərəfindən Surqut hava limanından müntəzəm reys ilə Bakıya uçmaq istəyən zamanı saxlanılıb.

Kişi "yaşıl dəhliz"dən istifadə edib ki, bu da onun üzərində bəyan ediləcək malın olmaması anlamına gəlib. Lakin gömrük işçiləri yoxlama apararaq onun yalanının üstünü açıblar: Azərbaycan əsilli şəxsin üzərində 115 min rubl və 10 min ABŞ dolları olub.

Qanun pozucusuna qarşı inzibati iş açılıb. Onu bəyan olunmamış böyük məbləğə görə inzibati cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi