Bakı. 11 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda Rusiya Federasiyasının evindən oğurluq edilib. “Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Rusiya Federasiyası vətəndaşı Ramid Tağıyevə məxsus evdən 10 min ABŞ dolları və 4 min manat dəyərində qızıl əşyalar oğurlamış Muğan kənd sakini Əliqismət Dövlətov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.