Rusiyada yeniyetmə qızı qətlə yetirən azərbaycanlılara hökm oxunub

Rusiyada yeniyetmə qızı qətlə yetirən azərbaycanlılara hökm oxunub Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yetkinlik yaşına çatmayan qıza cinsi təcavüz edərək, onu qətlə yetirən iki azərbaycanlıya qarşı hökm oxunub.
Hadisə
2 Noyabr , 2018 04:57
Rusiyada yeniyetmə qızı qətlə yetirən azərbaycanlılara hökm oxunub

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yetkinlik yaşına çatmayan qıza cinsi təcavüz edərək, onu qətlə yetirən iki azərbaycanlıya qarşı hökm oxunub.

“Report” "İnterfax-Yuq"a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müttəhimlər kürsüsündə əyləşənlərin hər ikisi azərbaycanlıdır. Bunlar 26 və 29 yaşlı Bəşirov Ponaş Şamil oğlu və Əlizadə Anar Əli oğludur. Onlar cəzalarını ciddi rejimli islah müəssisəsində çəkməklə müvafiq olaraq 9 və 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işinin materiallarına görə, hadisə ötən ilin iyul ayında baş verib. Onlar yetkinlik yaşına çatmayan qıza maşında gəzməyi təklif ediblər. Lakin gəzinti əvəzinə onu kimsəsiz yerə aparıblar. Gənclər qıza cinsi təcavüz etdikdən sonra məsuliyyətə cəlb olunacaqlarından qorxaraq onu boğub öldürüblər. Qızın meyiti meşə zolağına atılıb.

Polis araşdırmalara başladıqdan sonra ilk olaraq qızı öldürməkdə şübhəli bilinən Bəşirov saxlanılıb. Əlizadə sonradan Şimali Osetiya və İnquşetiya sərhədində hüquq-mühafizə orqanlarından qaçan zaman yaxalanıb.

Bundan əvvəl Bakıda ər arvadını boğaraq öldürüb.

Son xəbərlər

Orphus sistemi