Bakıda ər arvadını boğaraq öldürüb

Bakıda ər arvadını boğaraq öldürüb Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda qətl törədilib.
Hadisə
31 Oktyabr , 2018 10:22
Bakıda ər arvadını boğaraq öldürüb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda qətl törədilib.

“Report”un məlumatına görə, hadisə ötən gecə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

Hadisəni törədən M.Əliyev tutulub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi