Rusiyada silahlı insident baş verən azərbaycanlıya məxsus kafe bağlanıb

Rusiyada silahlı insident baş verən azərbaycanlıya məxsus kafe bağlanıb Müəssisənin sahibi Azad Salmanova qarşı cinayət işi qaldırılıb
Hadisə
16 Mart , 2017 05:58
Rusiyada silahlı insident baş verən azərbaycanlıya məxsus kafe bağlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Rusiyanın Açinsk şəhərində ötən həftə silahlı insidentin baş verdiyi azərbaycanlıya məxsus kafenin fəaliyyəti məhkəmənin qərarı ilə dayandırılıb.

"Report" xəbər verir ki, faktla bağlı müəssisənin 57 yaşlı sahibi Azad Salmanova qarşı Rusiya Cinayət Məcəlləsinin "Adam öldürməyə cəhd" maddəsi üzrə cinayət işi qaldırılıb.

Müəyyən edilib ki, kafe şəhərsalma və yanğından mühafizə qanunvericiliyinin tələblərinin pozulması şəraitində işləyir, şəhər administrasiyası bununla əlaqədar özbaşına tikilinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.

Hazırda Açinsk şəhər məhkəməsində tikilinin sökülməsinə dair iddiaya baxılır.

Martın 12-si gecə saatlarında Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində yerləşən "London" barında Azərbaycan əsilli müğənninin konserti zamanı atışma baş verib. Münaqişə kafenin azərbaycanlı sahibi ilə direktoru arasında qeydə alınıb. Azərbaycanlı avtomobilindən yivsiz lüləli tüfəng götürərək havaya atəş açıb. Direktor isə cavabında onu travmatik tapança ilə hədəfə alıb. Mülkiyyətçi, öz növbəsində döyüş patronu ilə doldurulmuş tüfəngini insanların toplaşdığı əraziyə tuşlayıb. Nəticədə qarşı tərəf güllə yarası alıb.

Son xəbərlər

Orphus sistemi